“Olimpic Moves” layihəsi çərçivəsində rayondaxili mərhələ başladı

“Olimpic Moves” layihəsi çərçivəsində rayondaxili mərhələ başladı

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə təfərdaşlığı ilə məktəblilərarasında həyata keçirilən "Olympic Moves" layihəsi çərçivəsində Bakı şəhəri üzrə rayondaxili mərhələsi başlayıb. Olaylar.az bildirir ki, bu mərhələdə də iştirakçılar layihənin proqramına daxil olan 3 idman növü - badminton, həndbol və velosiped idmanı növü üzrə məktəblilər bacarıqlarını sınayıblar.

Yarışlarda hər rayondan birinci yeri tutan məktəblərin komandaları finala vəsiqə qazanacaqlar. Final mərhələsində mübarizə aparıb qalib gələnləri təşkilatçılar tərəfindən kubok və diplomlarla, eyni zamanda, həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.

Oyunlar müvafiq idman federasiyalarının dəstəyi ilə idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

"Olympic Moves" ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Yarışlara mütəmadi azarkeşlik edən məktəbə xüsusi mükafat təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31