Regionlarda ustad dərslər davam edir
Regionlarda ustad dərslər davam edir
4 Dekabr 2019 11:37 SosialAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradılıcığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili" adlı ustad dərslər uğurla başa çatıb.
Olaylar.az bildirir ki, regionda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslərdə Ağstafa, Qazax və Tovuz rayonlarının mədəniyyət mərkəzlərində klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər. Dərsləri Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Hikmət Nəbili təqdim edib.
Bağlanış mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin əməkdaşı Xalis İsmayılov iştirak edib.
Ustad dərslər çərçivəsində yeni formatda interaktiv tamaşa nümayiş olunub.
.jpg)
.jpg)