Xaricdə yaşayan soydaşlarla bağlı yeni qanun layihəsi hazırlanır
Xaricdə yaşayan soydaşlarla bağlı yeni qanun layihəsi hazırlanır
3 Dekabr 2019 14:03 SosialXaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında" yeni qanun layihəsi hazırlanır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında deyib. R. Hüseynov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan və səbrsizliklə gözləyirlər: "Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq".