"Mamam qapını bağlayırdı, bizi aylarla-illərlə atama göstərmirdi" - Röyadan ŞOK ETİRAF
"Mamam qapını bağlayırdı, bizi aylarla-illərlə atama göstərmirdi" - Röyadan ŞOK ETİRAF
3 Dekabr 2019 13:31 SosialBu sual ilə Xalq artisti Röya Ayxana İTV-də yayımlanan "3D" proqramında Dadaş Dadaşlinski müraciət edib.
Röya cavabı zamanı valideynləri ilə bağlı çoxlarının bilmədiyi məqamdan da danışıb:
"Mən həmişə onları müdafiə edəcəm. Çünki bu, mənim ailəmdir. Düzdür, o, indi də evində deyil, iş gedir. Allah hər kəsin qapısını açsın. Amma o, mənim ailəmdir. Onların ailəsindən bir qanı daşıyıram. Hər nə olur-olsun onlar mənim canımdırlar və mənim oğlum onların nəvəsidir. Onlara dəyən daş bir növ mənim oğluma dəyir. Mən çox əziyyət çəkmişəm bu cür məsələlərdən. Valideyn davaları - mamam qapını bağlayırdı, bizi aylarla, illərlə atama göstərmirdi. Biz pəncərədən, "reşotka"dan çıxırdıq ki, atam görsün ki, biz böyümüşük. Belə boşanmalar da var. Amma mən onun əksi oldum. Onlar mənim ailəmdirlər və bu danılmazdır. Ömrü boyu da olacaqlar. Çünki bizi birləşdirən bir sağlam körpü var, o da mənim Hüseynim. Onun gözü gülsün deyə, mən özümə söz vermişəm".

Milli.Az