Azərbaycanda 5 tələbə qız zəhərləndi
Azərbaycanda 5 tələbə qız zəhərləndi
3 Dekabr 2019 12:49 SosialQazax rayonunda tələbələr zəhərlənib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 5 nəfər zəhərlənmə diaqnozu ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənən qızlar Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələridir.
Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Zəhərlənən şəxslərə ilkin yardım göstərilib, vəziyyətləri orta ağırdır.
Adıçəkilən tələbələr birinci kurs tələbələridir. Onlar bir evdə kirayədə yaşayır. Tələbə qızları qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31