Bu gün tarixdə hansı mühüm hadisələr baş verib
Bu gün tarixdə hansı mühüm hadisələr baş verib
3 Dekabr 2019 11:20 SosialBu gün, yəni 3 dekabr dünya tarixində hansı mühüm hadisələr baş verib?Bunun bir çoxunuza maraqlı olduğunu nəzərə alaraq, Olaylar.az həmin hadisələri sizə təqdim edir:
1586 - Amerikadan ilk dəfə Avropaya kartof gətirilmişdir.
1609 - Qalileo Qaliley teleskopu ixtira etmişdir.
1775 - ABŞ-ın ilk dövlət bayrağı qəbul olunmuşdur.
1912 - Türkiyə, Bolqarıstan, Serbiya və Monteneqro arasında sülh sazişi imzalanmış, I Balkan müharibəsi başa çatmışdır.
1966 - "Naməlum əsgər"in cənazəsinin qalıqları Moskvada Kreml divarları yanında dəfn edilmişdir.
1967 - Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
1971 - Pakistan - Hindistan müharibəsi başlamışdır.
1973 - "YUPİTER-10" kosmik peyki ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərmişdir.
1988 - Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
Doğumlar:
1481 - II Bəyazid, Osmanlı padşahı.
1948 - Ozzi Osborn, ingilis vokalist, bəstəkar, Black Sabbath qrupunun üzvü və yaradıcılarından biri.
1953 - Şikar Şikarov, Azərbaycanın Milli Qəhrəmanı.
1986 - Sultan Hakim, Görkəmli jurnalist
Ölümlər:
1048 - Əl-Biruni, Şərq mütəfəkkiri.
1984 - Vladimir Roxlin, riyaziyyatçı alim.
Qeyd edək ki, bu gün həm də Beynəlxalq Əlillər Günüdür