Yaşayış kompleksində bədbəxt HADİSƏ
Yaşayış kompleksində bədbəxt HADİSƏ
3 Dekabr 2019 11:15 SosialBakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib."Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Abşeron Construction" inşaat şirkətinə məxsus "Naxçıvan Residence" yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb. Faktla bağlı cinayət işi başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31