Aygün Kazımova qardaşının yas mərasimində - Foto
Aygün Kazımova qardaşının yas mərasimində - Foto
2 Dekabr 2019 14:23 SosialBu gün xalq artisti Aygün Kazımovanın qardaşı Kazımov Kazım Ələsgər oğlunun Təzə Pir məscidində yas mərasimi keçirilir.
Bu haqda aparıcı Hacı Nuran məlumat verib. O,
"İtkiləri sevmirəm. Ağırdır, üzücüdür. İnsan toparlana bilmir. Xüsusən də bu, doğma, əziz insanın itkisi olanda, adam özünə çətin gəlir. Aldığım bir xəbərdən çox üzüldüm. Xalq artisti, səhnəmizin pop-divası Aygün Kazımovanın qardaşı dünyasını dəyişib. Məkanı cənnət olsun. Əzizim Aygün, bu ağır günlərdə yanındayıq. Dərdinə şərik, qəminə ortağıq. Sənə dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm" deyib.
Qeyd edək ki, xalq artistinin qardaşı xərçəng xəstəliyindən əziyyət çəkib.
Foto axşam.az saytına məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31