Qəhvə sürətlə bahalaşır – Səbəb?

Qəhvə sürətlə bahalaşır – Səbəb?

Dünya birjalarında kofenin qiyməti 25% artaraq bir funt üçün 0,93 dollardan 1,17 dollara yüksəlib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, qiymət artımınn səbəbi kofeyə tələbatın artması və buna baxmayaraq istehsalın azalmasıdır.

Beynəlxalq Kofe təşkilatının məlumatına görə, oktyabrda kofe dənələrinə tələbat 22% artaraq 12 milyon kisəyə çatıb.

Eyni zamanda kofe istehsalçıların ehtiyatları azalmaqdadır. Regionda hava şəraiti kofe yığımlarına mane olur.

Hesabatlar göstərir ki, Asiya Sakit Okean hövzəsində kofe istehlakı 3%, Şimali Amerikada daha 2% artacaq. İstehsal isə əksinə, 2,5-3,5 azalaraq 2015-ci ildəki həddə düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31