BNA küləkli hava ilə əlaqədar əhaliyə müraciət etdi
BNA küləkli hava ilə əlaqədar əhaliyə müraciət etdi
2 Dekabr 2019 11:33 SosialBakı Nəqliyyat Agentliyi paytaxtda küləkli hava şəraiti ilə əlaqədar yol hərəkətı iştirakçılarına müraciət edib. "OLAYLAR"-a BNA-dan daxil olan məlumatda qurum vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.
"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etsinlər. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".
Bildirilib ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmək xahiş edilir.