Döşəkdə yatmamaq bu xəstəlikləri yaradır
Döşəkdə yatmamaq bu xəstəlikləri yaradır
1 Dekabr 2019 15:22 SosialRusiyada əhalinin nədə yatdığını öyrənmək məqsədilə 40 yaşlı insanlar arasında sorğu keçirilib.
"Blue Sleep" şirkətinin apardığı sorğu nəticəsində məlum olub ki, vətəndaşların demək olar ki, yarısı yuxu keyfiyyətinə əməl etmir. 5 rusiyalıdan yalnız biri ortopedik döşəkdə yatır.
Respondentlərin yarıdan çoxu adi döşəkdən istifadə etdiyini etiraf edib. Sorğuda iştirak edənlərin 25%-i isə cavab verməkdə çətinlik çəkib.
Nəticələrə əsasən, rusiyalıların 6%-i matras istifadə etmədən divanda yatır. Onlar yuxusuzluqdan əziyyət çəkdiklərini etiraf edib.
Həkimlər yuxusuzluqla mübarizədə sağlam həyat tərzi keçirməyi tövsiyə edir. Respondentlərin 40%-i isə idmandan uzaq olduqlarını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31