Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?
29 Noyabr 2019 18:45 SosialAzərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 3 qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2020-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
Yanvarın 3-ü, həftənin cümə günü isə rəsmi iş günü hesab edilir.
Qeyd edək ki, 28-i şənbə, 29-u isə bazar gününə təsadüf edir. Dekabrın 30-u isə iş günü olaraq hesablanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31