Gömrük ödənişlərindən yayınma üstünlük təşkil edir
Gömrük ödənişlərindən yayınma üstünlük təşkil edir
29 Noyabr 2019 16:43 Sosial"Beynəlxalq Dəniz Limanı vasitəsilə hər il Avropaya 15 milyon ton yük daşınır. Biz 6 milyon yükün və 1 milyon sərnişinin bu yolla daşınmasını proqnozlaşdırırıq". "Olaylar"ın xəbərinə görə bu barədə Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş Idarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlər üçün bir neçə günlük təşkil olunan təlimdə deyib. O əsas hədəflərdən də danışıb:"Sərhəd-keçid məntəqələrində sürətli keçidi təmin etmək əsas hədəflərdən biridir. Biz sərhəd-keçid məntəqəsində asanlaşmanı təhlükəsizliklə eyni anda təmin edirik. Çünki təhlükəsizliyin təmin olunmaması, hüquqpozma faktlarının baş verməsi dövlət büdcəsi üçün zərər deməkdir".
O qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma hallarının digərləri ilə müqayisədə üstünlük təşkil etdiyini vurğulayıb.
Baş idarənin rəisi bildirib ki, bu il ərzində 11min 922 hüquqpozma halları qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2.254 rəqəm çox deməkdir: "Bu rəqəmlərin 67.4 qaçaqmalçılıq halları olub. Bu mallar dəyəri 7 milyon 33 min manat olub".