Mərkəzi Elmi Kitabxana və ADPU-nun Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb
Mərkəzi Elmi Kitabxana və ADPU-nun Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb
29 Noyabr 2019 16:01 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Olaylar.az xəbər verir ki, MEK direktoru Leyla İmanova MEK və ADPU-nun elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində rolu, informasiya məkanında elmi-mədəni irsin mübadiləsi zəruriliyi və iki akademik müəssisənin bu sahələrdə imkanlardan söz açaraq, memorandumun əhəmiyyətini vurğulayıb.
Tərəflər arasında imzalanacaq memorandumun ADPU Quba filialı üçün əhəmiyyətindən bəhs edən filialın direktoru dosent Yusif Alıyev əməkdaşlıq sazişində regionlarda təhsilin, elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədi ilə kitabxananın dərslik, dərs vəsaitləri və elmi əsərlərlə zənginləşdirilməsi, həmçinin vikipediya açıq ensiklopediyası üzrə bacarıqlı mütəxəssislərin bölgələrdə yetişdirilməsi, bölgənin tarixi, coğrafiyası, turizm potensialının artırılması kimi amillərə xüsusi yer verildiyini vurğulayıb.
MEK-in İnformasiya texnologiyaları üzrə direktor müavini, Sərbəst Ensiklopedik Resurslar Mərkəzinin rəhbəri Elnur Hüseynov kitabxananın vikipediya təlimlərinin əhəmiyyətindən, MEK təcrübəsinin yayılmasından danışaraq qeyd edib ki, Vikipediyanın Azərbaycan bölməsində məqalələrin sayı 152 mini keçib, Vikipediyanın Azərbaycan dilində olan bölməsi isə 50-ci pilləyə çatıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi MEK-in direktoru Leyla İmanova və ADPU Quba filialının direktoru Yusif Əliyev imzalayıblar.
Həmçinin qonaqlar MEK-in şöbələrinin və fondlarının fəaliyyəti ilə yaxından tanış olublar.
MEK adından ADPU Quba filialı kitabxanasına kitablar hədiyyə olunub.