Azərbaycanda yaşayış minimumu məbləği son oxunuşda təsdiq olundu
Azərbaycanda yaşayış minimumu məbləği son oxunuşda təsdiq olundu
29 Noyabr 2019 13:33 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Olaylar.az xəbər verir ki, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.
Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31