Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi bu cür olacaq
Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi bu cür olacaq
29 Noyabr 2019 13:31 SosialMilli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Olaylar.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31