Lənkəranda gömrük təlimi

Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Lənkəranda "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda keçirilən təlimin açılış mərasimində DGK sədrinin birinci müavini İsmayıl Hüseynov gömrük-media münasibətlərinin formalaşmasının ictimaiyyətin düzgün formada məlumatlandırılması üçün əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, gömrük sahəsində bu işi mənimsəyən jurnalist ordusu formalaşır.

Noyabrın 30-dək davam edəcək təlimdə "Mərkəzi Gömrük Laboratoriyası: təyinatı, fəaliyyəti", "İslahatlar çərçivəsində informasiya texnologiyalarının gömrük sistemində tətbiqinin vəziyyəti", "Elektron növbə" layihəsi", "Fiskal siyasətin həyata keçirilməsində gömrük orqanlarının rolu və əldə olunan nailiyyətlər" mövzularında çıxışlar dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31