Məşhur deputatın xanımı yüksək VƏZİFƏYƏ GƏTİRİLDİ
29 Noyabr 2019 12:53 SosialMilli Məclis yeni Ombudsmanı seçdi.
Olaylar.az xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilib və səs çoxluğu ilə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.
Qeyd edək ki, S.Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.
Yeni Ombudsman hazırda parlamentdə and içir.
Xatırladaq ki, buna qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən Ombudsmandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31