Həmid Araslının 110 illik yubiley tədbirləri keçirilib

Həmid Araslının 110 illik yubiley tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Həmid Araslının 110 illik  yubileyi ilə əlaqədar tədbirlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının əməkdar elm xadimi və professor Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq, xüsusən də dastanşünaslıq sahəsində yaradıcılığına dair "Dəyirmi masa"lar təşkil edilir.

Tədbirlərdə  akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının inkişafında müstəsna xidmətlərindən bəhs edilir. Görkəmli alimin tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verdiyi və onun elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətinin də daim diqqət mərkəzində olduğu bildirilir.

Həmid Araslının həm də şifahi xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən biri olduğu, Azərbaycan folklorunun, xüsusilə də "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazdığı barədə şagirdlərə ətraflı məlumatlar verilir.

Tədbirlərdə Həmid Araslının həyat və yaradıcılığından bəhs edən videoçarx və ədəbi-bədii kompozisiyalar nümayiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31