Pərvin Abıyeva işdən çıxarılan sevgilisi haqda: “Başa düşün…” - Açıqlama

Pərvin Abıyeva işdən çıxarılan sevgilisi haqda: “Başa düşün…” - Açıqlama

Aktrisa Pərvin Abıyeva polis leytenantı olan sevgilisi Murad Abdullayevin onunla yayılan video görüntüsünə görə işdən çıxarılması ilə gündəmə gəlib.

Sözügedən məsələ ilə bağlı Pərvin Abıyeva ilə əlaqə saxladıq. Aktrisa Teleqraf.com-a açıqlamasında belə deyib: "Bilirəm hansı məsələyə görə zəng edirsiniz. Amma bu haqda danışmaq istəmirəm. Başa düşməyə çalışın".

Əldə etdiyimiz məlumata görə, cütlük münasibətlərə son qoyub.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev ötən gün Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb. Buna səbəb onun Pərvin Abıyeva ilə ad günü partisində yayılan videosu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31