Zəhərlənən tələbə qızların hamısı evə buraxıldı

Zəhərlənən tələbə qızların hamısı evə buraxıldı

Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında zəhələnən iki tələbə qız evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, tələbələrin səhhəti normallaşdığından onlar bu gün saat 14:50-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə yazılıblar.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib,1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31