Bakıda 15 yaşlı qız özünü dənizə atdı

Bakıda 15 yaşlı qız özünü dənizə atdı

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumatda bildirilib.Qeyd edilib ki, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb: "Hazırda İlahə Avcının səhhəti normaldır.  Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31