“Tibbi sığorta haqqında” qanuna 126 dəyişiklik ediləcək
“Tibbi sığorta haqqında” qanuna 126 dəyişiklik ediləcək
27 Noyabr 2019 13:11 SosialMilli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ daxildir. Komitə sədri diqqətə çatdırıb ki, bu qanun layihəsi birinci oxunuşda komitədə və Milli Məclisin plenar iclasında müzakirə olunarkən müxtəlif təkliflər səsləndirilib. Qaldırılan məsələlərə aydınlıq gətirilib. Bu qanunun qəbulu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial islahatların tərkib hissələrindən biridir. 8 maddəyə təklif olunan 126 dəyişiklik əsasən icbari tibbi sığorta ilə bağlıdır. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə mərhələli şəkildə tətbiq olunacaq. İclasda çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və bu qurumun Hüquq şöbəsinin müdiri Aysel İbayeva deputatların suallarına cavab veriblər. Müzakirələrin sonunda "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.