Jurnalistin namizədliyi qeydə alındı
27 Noyabr 2019 12:27 Sosial"Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərlinin bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namzədliyi təsdiqlənib. Olaylar.az xəbər verir ki, jurnalistin namizədliyi 34 saylı Xətai İkinci seçki dairəsindən rəsmən qeydiyyata alınıb. İlk dəfədir seçki yarışına qatıldığını deyən Elman Cəfərli seçkilərin demokratik keçiriləcəyinə ümid edir: "Seçkilərdə səs toplayacağıma və seçiləcəyimə inanıram. Xətai sakinləri 23 dekabr seçkilərində mənə etimad göstərib rayon bələdiyyəsinə üzv seçərlərsə, problemlərin həlli ilə daha yaxından məşğul olmaq imkanı yaranacaq. Rayonun, yaşadığım ərazinin problemlərini bilirəm. Bələdiyyə üzvü seçilsəm rayonda yaşıllıq sahələrinin genişləndirilməsi, binaların zirzəmilərinin təmizlənməsi, nümunəvi məhəllələrin salınması ilə bağlı təkliflərimi rayon rəhbərliyinə təqdim edəcəyəm". Qeyd edək ki, noyabrın 30-da 23 dekabr bələdiyyə seçkilərinin təşviqat mərhələsi başlayır. 18 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir.
.jpg)
.jpg)