Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar - Elm Tarixi İnstitutunda

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar - Elm Tarixi İnstitutunda

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim, diplomat, dövlət adamı Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.

Olaylar.az bildirir ki,  Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli  Əhməd bəy Ağaoğlunun coxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edərək Azərbaycan ictimai-fikir tarixində onun özünəməxsus imza atdığını qeyd edib.

AMEA İctimai Elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova dövlət başçısının göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31