Dəyəri 10 milyonlarla ölçülən qaçaqmal tutublar

Dəyəri 10 milyonlarla ölçülən qaçaqmal tutublar

"Cari ilin 10 ayı ərzində 800 kiloqram narkotik dövriyyədən çıxarılıb". "Olaylar" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. Komitə sədri bildirib ki, bu müddət ərzində dəyəri 10 milyonlarla ölçülən müxtəlif qaçaqmal tutulub. Komitə sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsi bu il üçün nəzərdə tutulan plan-proqnozu noyabrın 5-də tamamlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ildə dövlət büdcəsi əlavə olaraq 666 milyon manat vəsait ödənib: "Cari ildə idxal 23 faiz, ixrac isə 5 faiz artıb: "İxrac-idxal proseslərində aprel ayında artım, avqust isə azalma müşahidə olunub".

S.Mehdiyev həmçinin rüsumların aşağı salınması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, rüsumların azaldılması Komitənin səlahiyyətində deyil: "Gömrük Komitəsi icraedici orqandır. Əgər rüsumların aşağı salınması ilə bağlı qərar olarsa, biz buna etiraz etmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31