İstehsalı 7 ildən yuxarı olan avtomobillərin idxalına məhdudiyyət qoyula bilər
İstehsalı 7 ildən yuxarı olan avtomobillərin idxalına məhdudiyyət qoyula bilər
26 Noyabr 2019 17:17 Sosial"Nəqliyyat vasitələrinin idxalında tətbiq olunan gömrük rüsumların endirilməsi məsələsi Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətində deyil, lakin əgər belə bir təklif daxil olarsa biz buna etiraz etmərik". "Olaylar" xəbər verir ki, bunu "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda təşkil olunan mətbuat konfransında DGK-nin sədri Səfər Mehdiyev deyib. Komitə sədrinin görə, Komitə tərəfindən təklif edilib ki, 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun: "Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31