Tovuz rayon sakinindən odlu silah götürülüb
Tovuz rayon sakinindən odlu silah götürülüb
26 Noyabr 2019 15:08 SosialTovuz rayon sakinindən odlu silah götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olmuşdur.Dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılmış, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Ondan müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi və 3 ədəd patron götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31