“Şəmkirçay” dəryaçası yararsız vəziyyətə salınır?

“Şəmkirçay” dəryacası yararsız vəziyyətə salınır?

Şəmkir rayonu ərazisində yerləşən "Şəmkirçay" dəryaçası yararsız vəziyyətə salınır. "OLAYLAR" xəbər verir ki, belə bir iddia ilə rayonun Sabirkənd kənd sakini Sakit İsmayılov çıxış edib. "OLAYLAR"-a bununla bağlı göndərdiyi şikayət məktubunda Sakit İsmayılov iddia edib ki,  rayon İcra Hakimiyyəti və bələdiyyənin razılığı ilə "Şəmkirçay" dəryaçasından gələn suvarma kanallarının ətrafı, eləcə də asphalt yolun mühafizə zonası iaşə obyektləri, ticarət mərkəzləri və marketlərin tikintisi üçün ayrılır: "Cənab Prezident İlham Əliyevin dövlət büdcəsindən ayırdığı vəsait hesabına başa gələn "Şəmkirçay" dəryaçasından gələn suvarma kanalları hazırda yararsız vəziyyətə salınır ki, bundan da ilk növbədə vətəndaşlar əziyyət çəkir. Hazırda dağılmış su kanalları bərbad vəziyyətdədir və su kəndə çatmır".

Qeyd edək ki, şikayət müəllifi sözügedən məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət edib. Sakit İsmayılov ümid etdiyini bildirib ki, tezliklə su kanalının yararsız sahəsi təmir ediləcək, su kanalına yerləşdirilən qanunsuz su boruları çıxarılacaq və sakinlər də sudan səmərəli istifadə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31