Azərbaycanda 2439 nəfər minalardan zərər çəkib

Azərbaycanda 2439 nəfər minalardan zərər çəkib

Azərbaycanda rəsmi olaraq 2439 nəfər mina  müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb. Bu barədə məlumatı "OLAYLAR"-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov verib. O, bildirib ki, 2019-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 5 mülki şəxsin minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Hadisələr Tər-tər, Füzuli və Qazax rayonlarının ərazisində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31