"ASAN xidmət"dən qadın şiddətinə qarşı sosial mesaj
"ASAN xidmət"dən qadın şiddətinə qarşı sosial mesaj
26 Noyabr 2019 12:02 Sosial"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını təşkil edib.
Olaylar.az bildirir ki, "ASAN xidmət"də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib.
Yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlər ilə əlavə edilib.
Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.
Video: https://bit.ly/34lxIWx
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31