Bağlı qapı arxasında kişi meyiti tapılıb
Bağlı qapı arxasında kişi meyiti tapılıb
26 Noyabr 2019 11:30 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Həsənov Taleh Saleh oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31