Bakıda daha 6 tələbə qız zəhərləndi
26 Noyabr 2019 09:36 SosialBakıda daha 6 tələbə dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, dəm qazından zəhərlənənlər Xəzər Universitetinin tələbələridir.
Tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər:
"Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31