Ölkədə medianın sərbəst fəaliyyəti, azad fikrin ifadəsi üçün hər cür şərait yaradılıb
Ölkədə medianın sərbəst fəaliyyəti, azad fikrin ifadəsi üçün hər cür şərait yaradılıb
25 Noyabr 2019 16:33 SosialXanoğlan Əhmədov: "Dövlət özü azad medianın inkişafını stimullaşdırır"
Azərbaycanda söz, məlumat və fikir azadlığının ən yüksək səviyyədə təmin olunması heç kimdə şübhə doğurmur. Üstəlik dövlət tərəfindən mediaya göstərilən diqqət və qayğı onun hərtərfli inkişafına təkan verir. Etiraf edilməlidir ki, bu gün ölkəmizdə söz, məlumat və fikir azadlığı ilə bağlı heç bir problem yoxdur. Müsahubimiz Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, "İlkxeber.org" saytının baş redaktoru Xanoğlan Əhmədovdur.
-Xanoğlan müəllim, Azərbaycandakı söz və məlumat azadlığının hazırki durumunu necə dəyərləndirərdiniz?
- Azərbaycan mustəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi mətbuat sahəsində də bir sıra dəyişikliklər baş verdi. Hazırda mətbuat, xüsusilə elektron media sürətlə inkişaf etməkdə olan, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan sahələrdən birinə çevrilib. Ötən illər ərzində cəmiyyətin sosial-siyasi və mədəni həyatında elektron və yazılı KİV-in təsiri güclənməklə yanaşı, bu sahədə calişan jurnalistlərin də peşəkarlığı artıb. Lakin mətbuatın çox ciddi problemləri də var. Təbii ki, ən böyük problem peşəkarlıqla bağlıdır. Qəzetlərdə və elektron KİV-də çalışan jurnalistlərin peşəkarlığının artırlılması, gənc jurnalistlərin müasir jurnalistikanın sirlərinə yiyələnməsi çox vacibdir. Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin vəziyyətinin təhlili göstərir ki, jurnalistlərin praktik fəaliyyətdə qarşılaşdığı böyk problemlərindən biri də əksər məmurların informasiyaların əldə edilməsinə imkan verməməsi və onlara əngəl törədilməsidir.
-Ölkədə müstəqil medianın formalaşmasında hansı meyarları vacib sayırsınız?
-Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərib. Mətbuatın ictimai-siyasi həyatda baş verən hadisələri doğru-düzgün işıqlandırılması, bu yöndə baş verən irəliləyişlər ondan xəbər verir ki, atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərir. Ancaq bütün bunlarla yanaşı, dövlətin KİV-lərə diqqəti daha cox yönəltməyi zəruri edir. Çünki yuxarida qeyd edilən problemlərin daha dərindən öyrənilməsinə və araşdırılmasına ciddi ehtiyac vardır. Bu gün Azərbaycan mətbuatı fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Qətiyytlə demək olar ki, bu sahədə xeyli irəliləyiş var. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etməsinin nəticəsidir ki, cəmiyyətə zidd hərəkətə yol verənlər məhz mətbuatın köməyi ilə ictimai qınağa tuş gəlirlər. Son aylar bu cür nümunələrin sayı olduqca artıb. Sizə deyim ki, bu istiqamətdə Azərbaycanın digər bölgələrində müsbət təcrubə var. Ona görə də, yuxarıda qeyd etdiyim kimi, jurnalistlərin peşəkarlığının artırılması, KİV-lə dövlət orqanları arasında əməkdaşlığın qurulması və inkişaf etdrilməsi çox yaxşı olardı.
- Sizcə, ölkə mətbuatı cəmiyyətin informasiyaya olan tələbatını ödəyə bilirmi?
- Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizm cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir. Bu gün artıq reallığa çevrilən mətbuatın inkişafına dəstəklə bağlı Dövlət Proqramının qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi mətbuatın inkişafına ciddi töhvədir. Eyni zamanda ölkə başçısının mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı imzaladığı sərəncamında jurnalistlərin mənzil probleminin həllinə xüsusi diqqət ayırılması çox müsbət addım oldu. Xeyli sayda həmkarlarımız mənzil problemi yükündən xilas oldu. Bu prosesin davamı olaraq ikinci belə bir binanın mənzilləri evsiz jurnalistlərə paylandı. Bütün bunlar çox təqdirəlayiqdir və biz bu humanist addımı təqdir etməklə yanaşı, jurnalistlərin mənzil probleminin həllində Prezidentin böyük zəhmətinizin olduğunu bilir və dəyərləndiririk.
- Ölkədə söz, fikir və ifadə azadlığının təmin olunması üçün tələb olunan şərait yaradılıbmı?
-Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.
-İnsan hüquq və azadlıqlarının müdafiəsində medianın rolunu necə dəyərləndirisiniz?
-Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri-qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.
-Azərbaycanda medianın vəziyyətini qənaətbəxş qiymətləndirmək olarmı?
-Birmənalı şəkildə bu gün Azərbaycanda medianın vəziyyətini qənaətbəxş qiymətləndirmək olar. Ölkədə medianın sərbəst fəaliyyəti, azad sözün inkişafı, jurnalistlərin iradələrinin isərbəst şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb. Sadəcə onu qeyd etmək lazımdırki, bu gün ölkəmizdə çoxlu sayda gündəlik, həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində çoxsaylı regional və kabel televiziyasının yayımı həyata keçirilir. Ölkədə medianın azad şəkildə fəaliyyətini təsdiqləyən faktlardan biri də internetin tam şəkildə azad olması ilə bağlıdır. Bu gün internetin fəaliyyətinə heç bir məhdudiyyət yoxdur və əhalimizin 77-80 faizindən çoxu fəal internet istifadəçisidir. Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı milyonlarla hesablanır. Bu faktlar Azərbaycanda azad medianın inkişafının göstəricisidir. Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə azad medianın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin siyasəti nəticəsində sabitliyin yaranması, vətəndaşların hüquqlarının müdafiəsinin təmin edilməsi, iqtisadi inkişafın başlaması kütləvi informasiya vasitələrini inkişafı, söz-mətbuat azadlığının təmin olunası istiqamətində ciddi addımların atılmasına əsas yaratdı. Söz-fikir, vicdan azadlığı kimi məsələlər ölkə konstitusiyasında təsbit edildi, mətbuata tətbiq edilən senzura aradan qaldırıldı. Mətbuatın inkişafına mane olan problemlərin aradan qaldırılması, onlara dövlət tərəfindən güzəştlər edilməsi ölkədə azad sözün, medianın inkişafını təmin etdi. Həmin siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindəndə uğurla davam etdirilir. Dövlət başçısının indiyə qədər həyata keçirdiyi siyasətlə azad sözün, medianın inkişafında nə qədər maraqlı olduğunu ortaya qoyub. Belə ki, dövlət başçısı KİV-in sərbəst fəaliyyəti, media nümayəndələrinin öz iradələrini sərbəst şəkildə ifadə etməsi üçün bütün mümkün imkanların yaradılmasını təmin edib. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi, Kütləvi İnformasiyaVasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianın inkişafında çox böyük rol oynayır. Yəni, dövlət özü azad medianın inkişafını stimullaşdırır. Bu fondun yaradılması konsepsiyada nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsini təmin edir. Dövlətin mətbuatın, azad sözün inkişafında maraqlı olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq olar. Xatırlatmaq yerinə düşər ki, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək KİVorqanına birdəfəlik maliyyə yardımının edilməsi, jurnalistlərin mükafatlandırılması bu sahədə dövlət siyasətinin ardıcıl olduğunu təsdiqləyir. Dövlət başçısının sərəncamı ilə milli mətbuatının 140 illik yubileyinin geniş qeyd olunması dövlətin mətbuata qayğısının bariz nümunəsidir. 200-ə yaxın mətbuat işçisinin orden, medal və fəxri adlarla təltif olunması bu sahəyə göstərilən qayığınən ifadəsidir. Dövlətin mətbuatın inkişafına göstərdiyi bu diqqət və qayğı azad medianın inkişafında böyük rol oynayır. Ümumilikdə isə bütün fundamental azadlıqların təmin olunuduğu ölkəmizdə müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir