Bahar Muradova: “Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”
Bahar Muradova: “Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”
25 Noyabr 2019 16:14 Sosial"Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır". "Olaylar" xəbər verir ki, bunu deyən vitse spiker Bahar Muradovanın sözlərinə görə, statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır: "İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və "Dövlətqaçqınkom"a... Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə, bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur".