Məhkəmədən Rafael Cəbrayılovla bağlı - Qərar
Məhkəmədən Rafael Cəbrayılovla bağlı - Qərar
25 Noyabr 2019 14:18 SosialSumqayıt Apelyasiya Məhkəməsində deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb.
Hakim Şəmsəddin Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rəfael Cəbrayılov tərəfindən kasasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.
Qeyd edək ki, Abşeron Rayon Məhkəməsi "AG Bank" ASC-nin iddiasına əsasən, Rəfail Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.
Qətnamədə həmçinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq "AGBank" ASC-nın hesabına ödənilməsi qeyd edilib.
12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
Sumqayıt Apelyasiya Məhkəməsi bu il iyunun 14-də "AG Bank" ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.
Qətnamə ilə razılaşmayan Rəfael Cəbrayılov kasasiya şikayəti və kasasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib.
Noyabrın 19-da Rəfael Cəbrayılov tərəfindən kasasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.