Deputat nazirə müraciət etdi
25 Noyabr 2019 13:55 SosialDeputat Məlahət İbrahimqızı əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət edib. Olaylar xəbər verir ki, deputat "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı nazirə müraciət edərək iki övladı şəhid olmuş ailələrin ikinci dəfə ev növbəsinə durması üçün şərait yaradılmasını xaiş edib. "Elə ailələr var ki, iki övladı da şəhid olub. Amma onlara ikinci dəfə ev növbəsində dayanmasına imkan verilmir. Sahil Babayev də iclasda iştirak edir, ondan xaiş edirəm ki, bu məsələni nəzarətə götürsün və onlara ikinci dəfə ev növbəsinə yazılmaq üçün imkan yaradılsın"-deyə, deputat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31