Deputat: “Məktəbdə uşaqlardan robot hazırlayırlar”

Deputat: “Məktəbdə uşaqlardan robot hazırlayırlar”

"Rusdilli məktəblərdə olan dərsliklərin keyfiyyəti heç kimi qane etmir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Elmira Axundova deyib. E.Axundova bildirib ki, rusdilli kitablar yenidən işlənməlidir: "O kitablarla uşaqları təhsilə cəlb etmək əvəzinə, onları tədris prosesindən uzaqlaşdırırlar". Deputat ibtidai siniflərin dərs yükündən də danışaraq müraciət edib: "Müəllimlər öz məhsuliyyətlərini valideynlərin üzərinə yükləyirlər. Aşağı sinif şagirdləri evə gəlir və axşama qədər ev tapşırığı ilə məşğul olurlar. Bu da uşaqlarda məktəbə qarşı nifrət yaradır. Elə bil uşaqlardan robot hazırlayırlar. Hesab edirəm ki, ibtidai sinif şagirdlərini ev tapşırıqlarından azad etmək lazımdır, ya da çox cüzi tapşırıq verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31