Mərkəzi Elmi Kitabxanaya Niderlandın Azərbaycandakı səfirliyindən kitablar təqdim edilib

Mərkəzi Elmi Kitabxanaya Niderlandın Azərbaycandakı səfirliyindən kitablar təqdim edilib

Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını ziyarət edərək, kitabxanaya Niderland mədəniyyətinə və tarixinə dair kitablar təqdim edib.

Olaylar.az xəbər verir ki, MEK direktoru Leyla İmanova əvvəlcə görüşün təşəbbüskarı - Qarabağ müharibəsinin iştirakçısı, "Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik Şəbəkəsi"nin rəhbəri, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Elxan Ələsgərovu - qonaqlara təqdim edib.

L.İmanova bildirib ki, Elxan Ələsgərov "Əli və Nino" romanının ilk elmi araşdırıcısı, Hollandiya Müqavimət Hərəkatının qəhrəmanlarından biri olan "Medo" ləqəbli, Azərbaycanlı Məmməd Məmmədovun həyatına kitab həsr etmiş, MEK-in Diplomatik fonduna Niderlanda dair küllü sayda sənəd hədiyyə etmişdir.
Diplomatik fondu 2015-ci ilin "MEK ilkləri"ndən biri adlandıran L.İmanova fonda diplomatik nümayəndəliklər tərəfindən 1000-dən artıq sənəd hədiyyə edildiyini bildirib.

Sonra Niderlandın Azərbaycandakı səfiri Onno Kervers MEK-ə Niderland tarixinə və mədəniyyətinə dair kitablar hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31