Torpaq sürüşməsi səbəbindən bu ərazilərə içməli su verilmir

Torpaq sürüşməsi səbəbindən bu ərazilərə içməli su verilmir

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən daxil olub. Bildirilib ki, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31