Mərkəzi Gömrük Hospitalının həkimi 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib
Mərkəzi Gömrük Hospitalının həkimi 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib
25 Noyabr 2019 11:01 SosialMərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu t.f.d. Mircəlal Kazmi 2008-ci ildən Azərbaycan Respublikasında orqan transplantasiyası sahəsində fəaliyyət göstərir. "OLAYLAR" xəbər verir ki, bu günlərdə Dr. Mircəlal Kazmi tərəfindən respublikamız üzrə 500-cü böyrək transplantasiyası əməliyyatı icra olunub. Mircəlal Kazmi bildirib ki, 500 uğurlu orqan transplantasiyası çox qürurverici bir rəqəmdir: "Bu münasibətlə mənimlə uzun illər çiyin-çiyinə işləyən həmkarlarımı və eyni zamanda cəmiyyətimizi də təbrik etmək istəyirəm. Bizim tərəfimizdən Mərkəzi Gömrük Hospitalında icra olunan laparoskopik əməliyyat zamanı kiçik, estetik bir kəsikdən böyrək donordan alınır. Bu donor əməliyyatları Dr. Kamran Beydullayevin rəhbərliyi ilə donor qrupu tərəfindən həyata keçirilir. Bu üsulun çox üstünlükləri var. Xəstənin Hospitalda qalma müddətinin qısa olması, əməliyyatdan sonra tez bir zamanda normal həyata qayıtması, əməliyyat yerinin 3-4 kiçik dəlikdən ibarət olması bizi digər xəstəxanalardan fərqləndirir".
Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. Mircəlal Kazımi tərəfindən icra edilib.