Bakıda sürüşmənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO

Bakıda sürüşmənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO

Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb.

Hadisə ilə əlaqədar yol bağlanıb. Əraziyə nəzarət gücləndirilib, sürüşmə zonası əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Qeyd edək ki, avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31