Körpələrə bal yedirmək təhlükəlidir- DİQQƏT!
Körpələrə bal yedirmək təhlükəlidir- DİQQƏT!
23 Noyabr 2019 13:02 SosialKörpələr ilk 6 ay ana südü ilə bəsləndikdən sonra əlavə qida tələb etməyə başlayırlar. Mütəxəssislər, anaların bu mövzuda həssas olmağa səsləyir. Xüsusilə alergiyalı qidalardan və baldan qorunmaq üçün xəbərdarlıq edir.
Əlavə qidaya keçid dövründəki 0-1 yaşlı körpələrə bal yedirmək onların sağlamlığı üçün ciddi problemlər yarada bilər. Onların fikrinə görə, əlavə qidaya keçid mərhələli olmalıdır. Lakin bəzi qidalara keçid üçün tələsmək lazım deyil. BU qidalardan biri də baldır.

Arılar bal hazırladıqda, chr("39")colostridium botaliumchr("39") adlı bir bakteriyanı bala ötürülər. Bu bakteriya botulizm adlanan bir növ zəhərlənməyə səbəb ola bilər.
Botulizm körpələrin sinir sisteminə təsir edən və nadir hallarda görülsə də, ölümünə səbəb ola biləcək bir sağlamlıq problemidir. Bu bakteriyalar böyüklər üçün təhlükə yaratmır, çünki yetişkin insanlarda həzm sistemi daha inkişaf etmiş olur və zəhərin qarşısını alır.
Amma körpələrin həzm sistemində inkişaf etmədiyi üçün 0-1 yaş arasındakı körpələri bakteriyalara qarşı həssas olurlar.
- Uzun müddətli qəbizlik
- Qol, ayaq və boyun əzələlərində boşalma

- körpənin Zəif və cansız ağlaması
- Süd əmmıyində azalma, qidalanmaq istəməməsi
- Yorğunluq və tənəffüs çatışmazlığı, tıxanma, xırıltı
Belə simptomlar digər qida zəhərlənmələrində də baş verə bilər. Bənzər simptomlar baş verərsə dərhal həkimə müraciət etməlisiniz.
medicina.az