Avtomobil və bir ton arpa oğurlayan şəxs yaxalanıb

Avtomobil və bir ton arpa oğurlayan şəxs yaxalanıb

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə "QAZ-31" markalı avtomobil və 1 ton arpa oğurlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "QAZ-31" markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılmış, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31