Toyuq oğurlayan keçmiş məhkum saxlanıb
Toyuq oğurlayan keçmiş məhkum saxlanıb
22 Noyabr 2019 15:50 SosialBinə qəsəbəsindəki evlərdən birinin həyətindən ev quşu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31