“Qanunla üzərinə məsuliyyət düşən qurumlar ciddi addımlar atmalıdırlar”- SOSİAL

“Qanunla üzərinə məsuliyyət düşən qurumlar ciddi addımlar atmalıdırlar”-SOSİAL

Qənirə Paşayeva: "Hələ də 18 yaşına çatmayan uşaqlara siqaret satılması halları var"

Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində insan amilinin dayandığı heç kimə sirr deyil. Etiraf edilməlidir ki, bu istiqamətdə ölkədə atılan addımlar hətta inkişaf etmiş ölkələr üçün nümunə sayıla bilər. Ancaq o da etiraf edilməlidir ki, cəmiyyətdəki mövcud problemlərin köklü surətdə həlli, eləcə də aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsi üçün bir sıra tədbirlərin görülməsinə hələ də ehtiyac var. Millət vəkili Qənirə Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin-hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı çağırış edib. Fikrini onunla əsaslandırıb ki, ötən ildən ölkə prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başlanıb. Millət vəkili onu da bildirib ki, məsələ ilə bağlı "Qarabağ Qaziləri" İctimai Birliyi (İB)  millət vəkilərinə, hökümət qurumlarına müraciət edib. Bu bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa ehtiyac var. Q.Paşayeva "Qarabağ Qaziləri"-nin və bütün Qarabağ müharibəsi əlillərinin ölkə Pprezidentinin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək, Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarının həssaslıqla yanaşacağına inandıqlarını deyib.

Millət vəkili həmçinin bildirib ki, antibiotiklərin həkim resepti olmadan satılması ciddi problemdir  və bunun  ağır fəsadlarını ciddi nəzərə alaraq antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan edilməsinə təcili olaraq böyük ehtiyac var: "Avropada və inkişaf etmiş ölkələrdə antibiotiklər həkim resepti olmadan satılmır. Bu baxımdan,  antibiotiklərdən nəzarətsiz və məllumatsız istifadənin doğurduğu ağır fəsadlar, xəstəliklər  barədə əhalinin geniş maarifləndirilməsinə ehtiyac var. Odur ki, həkim resepti olmadan antibiotiklərin satışı qadağan edilməlidir. Eyni zamanda, müvafiq qurumların bu məsələ ilə bağlı ciddi tədbirlər görməsi, bu mövzuda geniş maarifləndirilmənin aparılması istiqamətində də işlər görməsi vacibdir". Millət vəkili Ümumdünya Səhiyyə Təşkilatının heyvandarlıq və quşçuluq sahəsində çəki artımına  xidmət edən yem antibiotiklərinin nəzarətsiz şəkildə istifadə edilməsinin doğurduğu fəsadlar barədə ciddi xəbərdarlıq etdiyini deyib: "Bunun qarşısı alınmadığı təqdirdə bu problemin insanlarda doğurduğu xəstəliklərdən əziyyət çəkənlərin sayının yaxın illərdə hətta xərçəng xəstəliyindən əziyyət çəkənləri belə üstələyəcəyi proqnazlaşdırılır. Ona görə bu məsələyə də ciddi diqqət ayrılmalıdır. Ölkə  Prezidentinin Fərmanı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması çox önəmli hadisədir. Mən yaxın günlərdə bu qurumun fəaliyyəti ilə yaxından tanış oldum və ümid edirəm ki, onların bu sahədə gördüyü tədbirlər daha da artacaq. Xüsusən  "iş adamları"nın qida təhlükəsizliyinə əhəmiyyət vermədən əhaliyə satdığı və ya xidmət şəklində təklif etdiyi insan orqanizminə zərərli məhsulların tamamilə yığışdırılmasına nail olunacaq".

Müxtəlif mövzularda əhalinin geniş maarifləndirilməsi üçün sosial çarxların çəkilməsinin və televiziya ekranlarında, sosial mediada geniş yayılmasına nail olunmasının önəmindən bəhs edən Q.Paşayeva qardaş Türkiyənin bu məsələdə fəallığının müsbət qiymətləndirib: "Bir sıra dövlət qurumları əhalinin geniş maarifləndirilməsinə xidmət edən bu cür roliklərin hazırlanması və geniş yayılması işində fəal olmlıdır. Çox təəssüf ki, əhalinin geniş maarifləndirilməsinə xidmət edən  sosial çarxların sayı olduqca azdır. Baxmayaraq ki, yol təhlükəsizliyi, qida təhlükəsizliyi, ailə daxili şiddət və  zorakılıqla mübarizə, tütün məhsullarının mənfi təsirləri, narkomaniyaya qarşı mübarizə, əhalinin sağlamlığına xidmət edən mövzularda sosial çarxların artmasına, onların televiziya ekranlarında və sosial mediada artmasına ciddi ehtyac var. Bu baxımdan, müvafiq  qurumlar bu istiqamətdə ciddi addımlar atmalı və televiziyalarla əməkdaşlıq edərək bu istiqamətdə daha fəal olmalıdırlar". Ölkəmizdən xaricə müalicə və əməliyyat üçün gedən xəstələrin sayının artdığını deyən Q. Paşayeva bu gün qardaş Türkiyədə və Almaniyada çoxlu sayda savadlı gənc azərbaycanlı həkimlərin çalışdığını vurğulayıb: "Onların ölkəmizə dəvət edilərək imkanlar yaradılmasına xüsusi ehtuyac var. Etiraf edilməlidir ki, həmin mütəxəssislər insanların xaricdə axtardığı müalicə və əməliyyatları burada da həyata keçirə bilərlər. Ümumiyyətlə, bizim çox savadlı, təcrübəli həkimlərin artmasına böyük ehtiyacımız var və səhiyyyə sistemimiz bu gənclərin potensialından daha çox yararlanmalıdır".  Q.Paşayeva  gənclər arasında tütün məhsullarına meyilliliyin artmamasına xidmət edən qanunların icrasındakı ciddi problemlərə də toxunub və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb: "18 yaşına çatmayan uşaqlara siqaretin satılması qanunla qadağandır, amma çox təəssüf ki, uşaqlara hər yerdə siqaret satılır. Məktəblərə çox yaxın məsafədə tütün məhsullarının satıldığı obyektlərin olması qağandır, amma çox təəssüf ki, biz onları bir çox məktəblərə yaxın yerlərdə görürük. Tütün məhsullarının gizli reklamının artması ciddi narahatçılıq yaradır. Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin qadağan edilməsi, məhdudlaşdırılması haqqında qanunun yerinə yetirilməsində ciddi problemlər qalmaqdadır. Qanunla üzərinə məsuliyyət düşən qurumlar sözügedən qanunun həyata keçirilməsində ciddi addımlar atmalıdırlar".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31