“Afaq Aslan xalq artistlərinin yanında toya getməlidir” – Nadir Qafarzadə/ Video
“Afaq Aslan xalq artistlərinin yanında toya getməlidir” – Nadir Qafarzadə/ Video
21 Noyabr 2019 16:17 SosialMüğənni Nadir Qafarzadə "Show News" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.
Müğənni həmkarlarını tənqid edib:
"Trenddə yoxam. Amma gündəmdəyəm, aktualam. Trenddə olanları heç bir konsertdə görmürəm. "Instaqram" fenomenləri tükəniblər. Bir müddət çıxıb göründülər, sonra yox oldular.
Bu gün şou-biznesdə mənim üçün bir nömrə Röya Ayxandır. 20 ildir səhnədədir. Hər zaman aktualdır. Damla son zamanlar işləmir. Bir ara hər yerdə Damla idi. Son zamanlar təzə heç nə yoxdur. Bu gün bir çox dırnaqarası xalq artistlərimiz var ki, xaric oxuyurlar. İfaları bərbaddır. Canlı oxuya bilmirlər. Afaq Aslan onların yanında toya getməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31