Şəhid adından istifadə edən dələduz axtarılır
Şəhid adından istifadə edən dələduz axtarılır
21 Noyabr 2019 13:07 SosialŞəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.Sentyabrın 21-də şəhidin atası Yaqub Vahabov Xətai Rayonunun 36-cı polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.