Detektivlər fəaliyyətlərini hansı istiqamət üzrə qura bilərlər?

Detektivlər fəaliyyətlərini hansı istiqamət üzrə qura bilərlər?

Milli Məclisin sonuncu plenar iclasında millət vəkili Fərəc Quliyev Azərbaycanda şəxsi dedektiv fəaliyyəti haqqında qanunun qəbulunu təklif edib. Maraqlıdır, şəxsi detektivlərlər fəaliyyətlərini hansı sahələr üzrə qura bilərlər?  "Olaylar" xəbər verir ki, millət vəkili Fərəc Quliyev bildirib ki, bu qanun geniş sahəni nəzərə ala bilər: " Dedektiv xidmətlərində məlumatların toplanması, sonradan prossesual qaydada sübut kimi mülki iddiaçı, cavabdeh və mülki prosesdə iştirak edən üçüncü şəxslər tərəfindən istifadə oluna bilər. İkinci -bazarın araşdırılması, müəssisə daxilindəki və xaricindəki vəziyyətin təhlili, mümkün dəyişikliklərin proqnozu, idarəetmə qərarlarının verilməsi meyarların axtarılmasından ibarət də addımlar atıla bilər. Üçüncü -işgüzar fəaliyyətdə marka adlarının və adlardan qanunsuz istifadəsi, haqsız rəqabət , habelə ticarətin sirrini təşkil edən bəzi məlumatların açıqlanması hallarının müəyyən edilməsi məsələsinə baxıla bilər. Bunlar göründüyü kimi çox mühim məsələlərdir. Dördüncü -əmək və digər müqavilələr bağlanarkən ayrı-ayrı vətəndaşlar haqqında bioqrafik və digər şəxsiyyəti xarakterizə edən məlumatların dəqiqləşdirilməsi mühim bir hal kimi aydınlaşdırıla bilər. Beşinci -itkin düşmüş vətəndaşların axtarışı .Bu xidmət vətəndaşların və təşkilatların təşəbbüsü ilə xüsusi dedektiv tərəfindən həyata keçirilə bilər. Altıncı -vətəndaşlar və ya müəssisə, idarə, təşkilat tərəfindən itirilən əmlakın axtarışı. Yeddinci- proses iştirakçıları iddiaçı, cavabdeh, zərərçəkən, təqsirləndirilən, cavabdeh və onların nümayəndəliyi ilə müqavilə əsasında cinayət işləri haqqında məlumatların toplanması. Bu özəl dedektiv xidməti analoji cəhətdən mülki işlər xidmətinə bənziyəcək təbii ki. Mən bu siyahını uzada bilərəm və hesab edirəm ki, hüquqşünaslar bu məsələyə daha ciddi şəkildə baxa bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31