Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
21 Noyabr 2019 11:44 SosialBakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da baş verib. Rəsmi məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə gecə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31